Azərbaycan Prezidenti İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Alı Qocayev Samux rayonunun icra başçısıdır.