Modern.az

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

19 Avqust 2017, 19:50

İspaniyadan sonra Avstraliyada faciə yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  Sidney şəhərindəki “Chatswood Mall” ticarət mərkəzində qeydə alınıb. Naməlum şəxsin avtomobili müştərilərin üzərinə sürməsi nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb. Hadisə ticarət mərkəzinin çıxışında baş verib.

Qeyd edək ki, polis faktı bədbəxt hadisə kimi qiymətləndirib. Avtomobilin sürücüsü tutulub və ifadəsi alınıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!