Modern.az

Dünya çempionunu öldürən azərbaycanlı polisə təslim oldu - VİDEO

Dünya çempionunu öldürən azərbaycanlı polisə təslim oldu - VİDEO

Dünya

19 Sentyabr 2017, 10:55

Rusiyanın Xabarovsk vilayətində Pauerliftinq üzrə dünya çempionu Andrey Draçevu davam zamanı öldürən Anar Əliyar oğlu Allahverənov polisə könüllü təslim olub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o artıq ifadə verməyə başlayıb.

Bundan sonra, Allahverənovun təcridxanaya yerləşdiriləcəyi gözlənilir.

 

İdmançı Anar Allahverənov avqustun 20-də Xabarovskun “Qalereya” kafesində dava zamanı Andrey Draçevu qətlə yetirmişdi. Günahı sübuta yetirilərsə, azərbaycanlı gənci 20 ilə qədər həbs yaxud ömürlük azadlıqdan məhrum olma cəzası gözləyir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?