Modern.az

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   

20 Sentyabr 2017, 17:50

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya “Roma”sı ilə matç üçün bilet satışı davam edir.

Modern.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə , satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri satış məntəqələrindən və ya onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Satış məntəqələrində vauçerləri biletlərlə dəyişmək də mümkündür.

Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək “Qarabağ” - “Roma” matçı saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir