Modern.az

Bakı- Gəncə sürət qatarında gediş haqqı 20 manat olacaq

Bakı- Gəncə sürət qatarında gediş haqqı 20 manat olacaq

Aktual

13 Oktyabr 2017, 14:24

“Gələn il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması gözlənilir. Hesablamalara görə, qatar Bakıdan Gəncəyə təxminən 4 saata çatacaq”.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O gedişhaqqına da toxunub:

 

 "Bu istiqamətdə gediş haqqının 10-12 dollar, təxmini 20 manat olması nəzərdə tutulub. Bu istiqamətdə hərəkət edəcək qatarlarda sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şərait yaradılacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır