Modern.az

BMT azərbaycanlı deputatın kitabını "İlin kitabı" elan etdi - Romada təqdimat olacaq  

BMT azərbaycanlı deputatın kitabını

Aktual

19 Oktyabr 2017, 13:47

Noyabrın 11-də İtaliyanın paytaxtı Romada Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçiriləcək.

Modern.azxəbər verir ki, tədbirdə Vatikanın Bonifasiana Akademiyasının nümayəndələri tərəfindən professor Eldar Quliyevə bu akademiyanın həqiqi üzvü (akademik) diplomu təqdim ediləcək.

Həmçinin BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) nümayəndəsi Azərbaycan Kooperasiya Universitetinin rektoruna “İlin kitabı” beynəlxalq mükafatını təqdim edəcək.

Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı bu yaxınlarda BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb.

Kitab Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilib.

Daha geniş məlumat noyabrın 11-də veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!