Modern.az

Qarsın bələdiyyə sədri “Bakı-Tbilisi-Qars”dan DANIŞDI: “Sevincimizin həddi yoxdur”  

Qarsın bələdiyyə sədri “Bakı-Tbilisi-Qars”dan DANIŞDI: “Sevincimizin həddi yoxdur”    

30 Oktyabr 2017, 14:39

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı tarixi hadisədir. İnanıram ki, həmin gün Türk tarixinə qızıl hərflərlə düşəcək.

Modern.az xəbər verir ki, bu sözləri Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Qaraçanta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı ilə bağlı təəssüratlarını diaspor fəalı Elnur Eltürklə bölüşərkən bildirib. O deyib:

“Sevindirici hal odur ki, 10 ildir gözlədiyimiz an gəlib çatdı. Bu xətt Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan,Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə daha da təkan verəcək. Həmçinin, Türk dünyasının birliyinə geniş imkanlar açacaq. Gələcək nəsillər bundan daha çox faydalanacaqlar. Xətt Asiya-Avropa arasında körpü rolunu oynacaq. Bu gün tarixi günü yaşadığımız üçün çox şadam. Sevincimizin həddi-hüdudu yoxdur. Türk milləti adına xeyirli-uğurlu olsun deyirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!