Modern.az

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Dünya

23 Noyabr 2017, 00:56

Nigeriyada "Boko Haram" silahlı qruplaşmasına qarşı mübarizə davam etdirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Hərbi Hava qüvvələri şimal-şərqində Borno ştatında "Boko Haram" ekstremist qruplaşmasına məxsus olan partlayıcı maddə istehsalı üzrə gizli laboratoriyanı məhv edib.

 

Nigeriyanın Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat çərçivəsində, hava hücumundan sonra qaçmağa cəhd edən bir neçə terrorçu da zərərsizləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir