Modern.az

Tələbələr pul qabı tapdı, sahibi jurnalist çıxdı

Tələbələr pul qabı tapdı, sahibi jurnalist çıxdı

7 Dekabr 2017, 23:54

Xanim jurnalist Jalə Məmmədova "Facebook"da maraqlı status yazıb. Modern.az xəbər verir ki, Jalə Məmmədova yazır ki, dünən səhər-səhər maaş kartını və içində xeyli miqdarda pul olan pulqabını itirib:

"Çox pis idim. Bu gün bu qardaşlar zəng edib, pul qabını "28 May" ətrafında tapdığını dedilər. Kartımın üzərində adım yazılıb, gediblər bankdan telefon nömrəmi tapıblar. 

Bakı Slavyan Universitetinin ikinci kurs tələbələridir. Nə yaxşı ki, belə insanlar var. Dünyanı gözəlləşdirən adam kimi adamlar" .

 

Gördüyünüz bu şəkili Jalə Məmmədova pul qabını tapıb qaytaran tələbələrlə çəkdirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir