Modern.az

Göyərtəsində 199 nəfər olan gəmi batıb

Göyərtəsində 199 nəfər olan gəmi batıb

Dünya

11 İyul 2011, 11:15
Tatarıstan Respublikası Kansko-Ustinovsk rayonunun Syukeyevo kəndi yaxınlığında göyərtəsində 199 nəfər olan gəmi Volqa çayında batıb. Gəmi Bolqar şəhərindən Kazana gedirmiş. İlkin ehtimallara görə, gəminin batmasına güclü tufan səbəb olub. 

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin  xilasediciləri cəlb olunub. Tatarıstan FHN-dən bildirilib ki, 79 nəfər xilas edilib, daha 9 nəfərin isə cəsədi tapılaraq sudan çıxarılıb. Gəmidə xeyli sayda uşağın olduğu bildirilir. Meyiti tapılanlar arasında uşaqlar da var. Xeyli sayda insan itkin düşmüş sayılır. 

Xilasetmə və araşdırma davam edir.
Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı