Modern.az

Əhliman Əmiraslanov şikayətləri dinlədi

Əhliman Əmiraslanov şikayətləri dinlədi

17 Yanvar 2018, 16:44

Bu gün 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik  Əhliman  Əmiraslanov  parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Modern.az xəbər verir ki, qəbulda 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər və sağlamlıqlarında olan müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  insanlar iştirak edib. Qəbulda müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı müraciətlərlə yanaşı, seçicilərin, əsasən sosial problemlərinin həll edilməsi üçün müraciətlər də olub. 

Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyib, bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan sənədlər qəbul edilərək, müvafiq orqanlara müraciət olunacağını bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü