Modern.az

Dağıstandakı silahlı insidentdə ölənlərin sayı artıb - Video

Dağıstandakı silahlı insidentdə ölənlərin sayı artıb - Video

18 Fevral 2018, 21:30

Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı artıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

 

Məlumata görə, xəstəxanada daha bir qadın keçinib.

 

Qeyd edək ki, bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub. Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi