Modern.az

Dağıstandakı terroru İŞİD törədib

Dağıstandakı terroru İŞİD törədib

Aktual

19 Fevral 2018, 00:44

Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı “Reuters agentliyi” məlumat yayıb. Amma bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.

Qeyd edək ki, Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir