Modern.az

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Aktual

21 Fevral 2018, 16:55

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə Trend-ə bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!