Modern.az

Tramp müəllimləri silahlandırmaq İSTƏYİR

Tramp müəllimləri silahlandırmaq İSTƏYİR

Dünya

22 Fevral 2018, 10:12

ABŞ prezidenti Donald Tramp Ağ Evdə müəllimlərlə görüşü zamanı silahların yığışdırılmağının yox, tam əksinə müəllimlərin silahlandırılmasının tərəfdarı olduğunu bildirib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, 21 fevralda Ağ Evdə keçirilən görüş zamanı, bir çox məktəblərin müəllim və şagirdləri də iştirak ediblər. Görüşdə eyni zamanda bu yaxınlarda 17 nəfərin həlak olduğu Parklend şəhər məktəbinin üzvləri də olub.

 

“Müəllimlər özləri ilə gizli silah gəzdirə bilərdilər. Biz onları xüsusi hazırlıq kurslarına göndərərdik” –görüş zamanı Tramp bildirib.

Onun sözlərinə görə silahlardan təmizlənmiş ərazilər manyakları özlərinə cəlb edir

 

“Manyaklar - onlar qorxaqdırlar. Onlar fikirləşirlər ki, gəl gedək, atəş açaq, çünki, bizə cavab verən olmacayacq”.

Bundan əlavə o məktəblərə mühafizəçi kimi köhnə hərbçilərin cəlb olunmağını da təklif edib.

 

Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parklənd şəhərində yerləşən, “Marcori Stounmen Duqlas” məktəbinə hücum olub. Hücumu həmin məktəbdən kənarlaşdırılan 19 yaşlı Nikolas Kruz həyata keçirib.

 

O, məktəbə hücumu polislər tərəfindən istifadə olunan və ovçu dükanlarında satılan yarıavtomatik “AR-15” tüfəngi ilə həyata keçirib. Hadisə nəticəsində 17 nəfər həyatını itirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü