Yəməndə bir evin yaxınlığında minanın partladılması 7 nəfərin həlak olmasına səbəb olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əl-Hudeydə şəhərində baş verib.Partlayış nəticəsində eyni ailədən olmaqla 7 nəfər həyatını itirib,4 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağırdır.
Hökümətin yaxın ərazilərə yerləşdirilmiş minaların axtarışı üçün işə başladığı bildirilib.