Modern.az

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu  

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu   

Aktual

12 Aprel 2018, 08:24

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Modern.az xəbər verir ki, keçirilən 2 görüşlə yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

“Real” öz meydanında “Yuventus”u qəbul edib. 3:1 hesablı qələbə "Real"ı yarımfinala yüksəldib.

Digər görüşdə isə "Bavariya" "Sevilya"nı qəbul edib. İspaniyada keçirilən ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Münhen klubu qolsuz heç-heçə sayəsində növbət mərhələyə adlayıb.


Bundan əvvəl isə "Roma" və "Liverpul" da adını yarımfinala yazdırıb. 


UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları


11 aprel

22:45."Real" – "Yuventus" - 1:3 
Qollar:
 Mario Mandzukiç, 2, 37, Blez Matuidi, 60 - Ronaldo, 90+7-pen.
Qırmızı vərəqə: Canluicci Buffon, 90+3 ("Yuventus")
İlk oyun - 3:0
Baş hakim:
 Maykl Oliver (İngiltərə)

22:45. "Bavariya" - "Sevilya" - 0:0 
Qırmızı vərəqə: 
Yoaxin Korrea, 90+2
İlk oyun - 2:1
Baş hakim:
 Uilyam Kollum (Şotlandiya)

10 aprel

"Roma" - "Barselona" - 3:0
İlk oyun - 
1:4

"Mançester Siti" - "Liverpul" - 1:2 
İlk oyun - 
0:3

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!