Modern.az

Azərbaycanda ümumi daxili məhsul 2,3 faiz artıb  

Azərbaycanda ümumi daxili məhsul 2,3 faiz artıb   

Aktual

17 Aprel 2018, 15:50

2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib.

 

İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6 faiz, digər xidmət sahələrində 1,3 faiz artmış, tikintidə isə 11,2 faiz azalıb.


2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9 faiz, neft sektorunda isə 1,5 faiz artıb.                                                                                        


Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?