Modern.az

Ermənistan parlamenti Koçaryanın fraksiyasının sərhəd bəyanatını RƏDD EDİB

Ermənistan parlamenti Koçaryanın fraksiyasının sərhəd bəyanatını RƏDD EDİB

Dünya

30 Aprel 2024, 11:16

Ermənistan parlamenti müxalifətin “Hayastan” fraksiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı bəyanat layihəsini rədd edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hakim partiyanın parlament çoxluğu Ermənistanın 1 millimetrlik ərazisinin heç kimə verilmədiyinə əsaslanaraq sənədi müzakirə etməkdən imtina edib.

 

Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə daxil olan zaman Azərbaycanın sərhədlərinin əsas kimi qəbul edilməsi təklifi isə Ermənistanın dövlət sərhədindən imtinaya və “hərbi əməliyyatlar məntiqinə” qayıtmağa çağırış kimi qiymətləndirilib.

 

Müxalifətin demarkasiya ilə bağlı daha bir müraciəti isə aprelin 11-də rədd edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi