Modern.az

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin mayda vətəndaş qəbullarının qrafiki təsdiqləndi

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin mayda vətəndaş qəbullarının qrafiki təsdiqləndi

Aktual

30 Aprel 2024, 12:08

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

 

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

 

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin may ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ