Modern.az

Milli Qəhrəmandan "Başkəndi ermənilərə verək" deyən deputata SƏRT CAVAB

Milli Qəhrəmandan

Ölkə

30 Aprel 2024, 11:28

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun İTV-nin efirində Başkəndlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, anklavların dəyişdirilməsi təklifi ilə çıxış edib.

 

“İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”, - o bildirib.

Qeyd edək ki, deputatın çıxışına Azərbaycanla yanaşı erməni mətbuatında da geniş yer verilib. Sosial şəbəkələrdə və mətbuatda deputatın sözləri sərt tənqidlərə məruz qalıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Respublikası Milli Qəhrəmanı Vahid Quliyev bildirib ki, Ermənistana bir qarış da Azərbaycan torpağı verilməməlidir:

 

"Qazaxın kəndləri müqabilində Başkənd Ermənistana verilməməlidir. Azərbaycanın heç bir ərazisi Ermənsitana verilməməlidir. Çünki Ermənistan Azərbaycan torpaqlarında yerləşir. Ermənilər vaxtilə rusların köməyi ilə Azərbaycan torpaqlarını ələ keçiriblər. Ona görə də, nəinki Başkənd, Azərbaycanın bir qarış ərazisi də ermənilərə verilməmələidir. Mən bunun qəti əleyhinəyəm. Əminəm ki, Prezidentimiz də buna razılıq verməyəcək".

 

Milli Qəhrəman deputatın Başkəndin Ermənistana verilməsi ilə bağlı fikrinə belə reaksiya verib:

 

"Ola bilsin ki, Milli Məclisin üzvü az məlumatlıdır. Ermənistan torpaqlarının haradan formalaşdığını düzgün bilmir. Ermənistanın vaxtilə 9 min kvadrat kilometr ərazisi olub. Hazırda 29 min kvadrat kilometrdir. Deməli, 20 min kvadrat metr Azərbaycan torpaqları vasitəsilə əlavə ediblər. Paşinyan niyə 29 min kvadrat metr torpağımızı tanıyın deyir? Bunlar hamısı həmin torpaqları rəsmiləşdirmək istəyirlər.  Çünki 1918-ci il və ondan qabaqkı xəritələri əsas götürsək, Ermənistanın cəmi 9 min kvadrat kilometr ərazisi var. Meqri, Sisyanın əraziləri, Qazax tərəfdə olan Tavuş zonaları  Azərbaycanın torpaqlarıdır. Vaxtilə ermənilər rusların köməyi ilə bu əraziləri işğal ediblər. Səhv etmirəmsə, bunu Azərbaycan Milli Məclisi də ratifikasiya etməyib. Ona görə də Ermənistana heç bir torpaq vermək lazım deyil".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi