ABŞ Dəniz piyadaları korpusunun komandiri general Robert Neller bu qoşun növünün xarici təhlükələrə qarşı müdafiəsiz duruma düşdüyünü deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Senatda çıxışı zamanı deyib.
“Uzaq radiusa hədəflənən yüksək dəqiqliyə malik İran, Çin və Rusiya, həmçinin, terrorçu qruplaşmaların silahları bizə ciddi təhlükə törədir”.
Onun sözlərinə görə, ABŞ-ın xarici ölkələrdəki hərbi bazaları qəfil zərbələrə qarşı müdafiəsizdir.
“Bizim həmin bazaları, komanda məntəqələrini möhkəmləndirməyə ehtiyac var”.
O, ABŞ-ın artıq dənizlərdə qeyri-məhdud hakimiyyətinin olmadığını deyib.