Modern.az

Gəncə sakinindən bir zənbil marixuana tutulub (FOTO)

Gəncə sakinindən bir zənbil marixuana tutulub (FOTO)

Təhsil

17 Avqust 2011, 14:31

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional bölməsinin əməkdaşlarının keçirtdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini 10 kiloqrama yaxın narkotik vasitə olan marixuananı satmaq istəyərkən saxlanılıb.  Bu barədə məlumatı Modern.az-a bölmənin rəis əvəzi Rəfail İsmayılov verib. Onun sözlərinə görə, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü, ailəli Mürsəlov Tural Goranboy rayon ərazisində 10 kiloqrama yaxın narkotik vasitə olan marixuananı satmaq istəyərkən tutulub. R.İsmayılovun sözlərinə görə, ilkin dindirilmə zamanı T. Mürsəlov narkotik vasitəni meşədən yığdığını bildirib. Faktla bağlı toplanan materiallar araşdırılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir