Modern.az

Akif Əlizadə: "AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır"

Akif Əlizadə: "AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır"

8 İyun 2018, 11:56

"Son beş ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının rezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncağında bildirib.

O deyib ki, Akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Akif Əlizadə diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir.

Vurğulayıb ki, AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən "Təhsil haqqında" Azərbaycan  Qanunda müvafiq dəyişikliklər də olunub.

O, son beş ildə elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən "Nizami" layihəsini də  xüsusi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir