ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla planlaşdırılan görüşə görə G7 sammitini tez tərk edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Kanadanın Kvebek şəhərində G7 sammitini iyunun 9-u axşam tərk edəcək və Sinqapura uçacaq.
Bu barədə məıumatı Ağ Evin rəsmi nümayənədis Sara Sanders təsdiqləyib. Trampın yoxluğunda ABŞ-ı G7-də prezidentin beynəlxalq iqtisadi məsələlər üzrə köməkçisi Everet Eysenstat təmsil edəcək.