Modern.az

Demirtaşla bağlı yeni qərar verildi

Demirtaşla bağlı yeni qərar verildi

Aktual

8 İyun 2018, 23:13

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Selaheddin Demirtaş seçki təşviqatı ilə bağlı Ədirnə həbsxanasından TRT vasitəsilə tərəfdarlarına müraciət edəcək. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, TRT-1 vasitəsilə Demirtaş 10 dəqiqə ərzində 2 dəfə çıxş etmək imkanı əldə edəcək.

 

Belə ki, Türkiyənin Ali Seçki Qurumu Demirtaşın proqramda çıxışının həbsxanadan edilməsi barədə qərar verib. Demirtaşın olduğu həbsxanada studiya qurulacaq.

 

Qeyd edək ki, ötən gün verilən açıqlamada Demirtaşın TRT-nin Ankara studiyasına gətiriləcəyi bəyan edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir