Modern.az

Nazirlik Siyəzəndəki ana ölümünü araşdırır  

Nazirlik Siyəzəndəki ana ölümünü araşdırır  

Aktual

12 İyun 2018, 10:47

Siyəzən rayonunda ana ölümü baş verib. Rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.

Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a hazırda ana ölümü ilə bağlı araşdırma başlanıldığını bildirib:

“Nəticələr araşdırmalardan sonra bəlli olacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü