Modern.az

İordan çayının qərb sahilində alman diplomata HÜCUM

İordan çayının qərb sahilində alman diplomata HÜCUM

Dünya

1 May 2024, 09:36

İordan çayının qərb sahilində alman diplomata hücum edilib.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hadisə Ramallahda Avropa nümayəndə heyətinin Fələstin administrasiyasının nümayəndələri ilə görüşü zamanı baş verib.

 

Tələbələr Almaniyanın Ramallahdakı missiyasının rəhbəri Oliver Ovçanı “İsraili dəstəkləyən ölkəni təmsil etdiyinə” görə döyüblər. Ovça təhlükəsizlik səbəbi ilə görüş yerini tərk etmək məcburiyyətində qalıb. Sosial şəbəkələrdə yayılan videolarda diplomatların qəzəbli insanlar izdihamı tərəfindən təqib edilərkən tədbirin keçirilməli olduğu Milli Muzeyi tələsik tərk etməsi əks olunub.

 

Almaniya Xarici İşlər Nazirliyi "Der Spiegel"in sorğusuna cavab olaraq, etirazların səbəbləri barədə ətraflı məlumat vermədən, muzeyin yaxınlığında aksiyaların keçirildiyini təsdiqləyib. Öz növbəsində, Ovça X-də görüşün “etirazçılar tərəfindən əsassız şəkildə kəsilməsindən” təəssüfləndiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...