Modern.az

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Aktual

1 May 2024, 08:46

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları, yaxud 0,75 % azalaraq 89,10 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...