Ukraynanın separatçıların nəzarətində olan Donbas regionunda prezident Pyotr Poroşenko üzərində məhkəmə keçirib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Luqansk şəhərinin Teatr meydanında keçirilən “məhkəmə prsoesi”ndə hakimlər də Ukrayna vətəndaşları olub.
Məhkəmə Poroşenkonu Donbasda hərbi cinayətlər törətməkdə ittiham edərək ömürlük azadlıqdan məhrum edib. Onun birlikdə, daxili işlər naziri Arsen Avakov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov və indiki baş nazir Vladimir Qroysman da ömürlük cəza alıb.