Modern.az

Polis rəisi daşla başından vurulub

Polis rəisi daşla başından vurulub

Aktual

1 İyul 2018, 10:03

Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb. 

Modern.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981-ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?