Modern.az

Azərbaycanla Avropa İttifaqı sənəd imzaladı

Azərbaycanla Avropa İttifaqı sənəd imzaladı

Aktual

11 İyul 2018, 15:37

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti tərəfdaşlıq prioritetlərini paraflayıb.

Modern.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfdən xarici əlaqələr üzrə ali komissar Federika Mogerini imzalayıb.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edib.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Avropa Komissiyasına Azərbaycanla hərtərəfli saziş əsasında Aİ və üzv ölkələri adından danışıqlar aparmaq üçün mandat verilib.

Yeni saziş 1996-cı ildə qəbul olunmuş tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?