Modern.az

Makedoniyanın NATO-ya üzvlüyünə dair danışıqlara başlanıldı 

Makedoniyanın NATO-ya üzvlüyünə dair danışıqlara başlanıldı 

Dünya

11 İyul 2018, 20:52

“NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib. Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik”.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

 

Y.Stoltenberq qeyd edib ki, ölkənin adının dəyişdirilməsi ilə bağlı razılaşma qüvvəyə mindikdən dərhal sonra Makedoniya NATO-nun 30-cu üzvü ola bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü