Modern.az

Paşinyan Qazaxıstan prezidentinə zəng etdi

Paşinyan Qazaxıstan prezidentinə zəng etdi

Dünya

7 Avqust 2018, 16:07

Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da müzakirə ediblər.

 

Telefon danışığı zamanı Paşinyan və Nazarbayev ikitərəfli münasibətlərlə yanaşı KTMT-nin fəaliyyətini də müzakirə ediblər.

 

Qeyd edək ki, Ermənistanda Rusiyanın rəhbərliyi ilə yaradılmış əsasən NATO ilə mübarizəyə hesablanmış KTMT-nin baş katibi Yuri Xaçaturov haqda həbs qəti imkan tədbiri seçilib. Xaçaturov Ermənistan dövləti tərəfindən alyansa rəhbərlik etmək üçün təqdim edilib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!