Modern.az

Qasırğa qurbanlarının sayı 65-ə çatdı

Qasırğa qurbanlarının sayı 65-ə çatdı

Aktual

17 Sentyabr 2018, 12:03

Filippin adalarında tüğyan edən “Manqxut” qasırğası zamanı ölənlərin sayı artıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda rəsmi məlumatlara görə 65 nəfər həyatını itirib, daha 43 nəfər isə itkin düşmüş hesab edilir.

 

Bundan əlavə 64 nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Ölkənin bir sıra yerlərində küləyin sürəti saatda 170 kilometrə, şimalda dalğaların yüksəkliyi isə 6 metrə çatıb.

 

Qeyd edək ki, yerli hakimiyyət qasırğanın 250 min insana zərər vurduğunu bəyan edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar