Modern.az

Rusiya təyyarəsini kim vurub? - ABŞ günahı Suriyanın üstünə atdı

Rusiya təyyarəsini kim vurub? - ABŞ günahı Suriyanın üstünə atdı

Dünya

18 Sentyabr 2018, 09:59

Rusiyaya məxsus İL-20 təyyarəsinin vurulmasında şübhələr Suriyanın üzərinə yönəlib.
 

Modern.az “CNN” kanalına istinadən xəbər verir ki, Rusiya təyyarəsi Suriya tərəfindən vurulub.

Kanalın ABŞ hökumətindəki mənbəyinə istinadən verdiyi xəbərə görə, təyyarə İsrail qırıcılarına qarşı mübarizə zamanı yerli Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən təsadüfən vurulub.

 

Qeyd edək ki, digər bir mənbə isə həmin an İsrail hərbi hava qüvvələrinin Suriyanın Latakiya bölgəsinə zərbələr endirdiyini bildirib.

 

İL-20 təyyarəsinin göyərtəsində 14 hərbçinin olduğu bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!