Modern.az

Hökumət 4 min saytı blokladı

Hökumət 4 min saytı blokladı

Aktual

23 Sentyabr 2018, 21:08

Çin Xalq Respublikası hökuməti 4 min sayt və akkauntu bloklayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hökümət qərarını həmin saytların qadağan olunmuş məlumatları yayması ilə izah edib. qənaətindədir.

 

Bildirilib ki, fırıldaqçılıqda, insanları müxtəlif dini təşkilatlara cəlb etməkdə, pornoqrafiya və hətta “şayiə” yaymaqda şübhəli bilinən saytlar və sosial şəbəkələrdəki hesablar bloklanıb.

 

Qeyd edək ki, şəbəkədə “zərərli konent”in üzə çıxarılması kampaniyası Çində bu ilin mayında start götürüb. İndiyədək 120 qanun pozuntusu aşkarlanıb, onların aradan qaldırılması 230 şirkətə həvalə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir