Modern.az

Paşinyanı niyə MDB liderlərinin stolunda tək OTURTDULAR?

Paşinyanı niyə MDB liderlərinin stolunda tək OTURTDULAR?

Dünya

28 Sentyabr 2018, 15:43

Ermənistan baş naziri Nikol Paşinyanın Tacikistanda MDB ölkələrinin rəhbərləri üçün hazırlanmış stolda tək oturmasına rəsmi şərh verilib.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan XİN-nin mətbuat xidmətindən verilən açıqlamada deyilib ki, yemək masasında liderlər ölkələrin adlarına uyğun əlifba sırası ilə oturmalıydılar.

 

Ermənistan XİN mətbuat xidmətinin rəisi Tiqran Balayan “yemək masasında Azərbaycan prezidenti iştirak etmədiyinə görə Paşinyan sonda təkcə görünüb” söyləyib.

 

“Belə ki, “A” hərfi ilə başlayan iki ölkə vardı və bərabərlik qorunmalı idi, biri ilə başlayıb digəri ilə qurtarmamalı idi deyə, onları masanın başlarında oturtdular. Amma Azərbaycan prezidenti yeməyə gəlmədiyindən Paşinyan tək oturmalı oldu” – Balayan bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!