Modern.az

Merkel PKK-nı FETÖ ilə eyni sıraya qoymadı

Merkel PKK-nı FETÖ ilə eyni sıraya qoymadı

Aktual

28 Sentyabr 2018, 16:21

Almaniya hökuməti Türkiyədən ölkə ərazisində Fətullah Gülənin təşkilatının fəaliyyətini dayandırmaq üçün əlavə informasiya istəyib.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın paytaxtı Berlində keçirilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və kansler Angela Merkel arasında görüşdən sonra bildirilib.

 

“Almaniyada PKK və bununla əlaqədar olaraq bu partiya il əlaqəli bütün fəaliyyətlər qadağandır. Bizə FETÖ-nü PKK ilə eyni cərgəyə qoymaq üçün daha çox informasiyaya ehtiyac var” – Merkel görüşdən sonra bəyan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub