Modern.az

İşçilər tətil etdi, 250 reys ləğv olundu

İşçilər tətil etdi, 250 reys ləğv olundu

Aktual

28 Sentyabr 2018, 17:11

“Ryanair” şirkətinin işçilərinin tətil elan etməsi nəticəsində tək cümə günü üçün təyin olunmuş 2400 uçuşdan, 250-si ləğv edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin pilot və stüardlarının keçirdiyi tətil yalnız İspaniyada 86 uçuşun ləğvi və nəticədə 16 min sərnişini uçuş planlarını dəyişməyə məcbur edib.

 

Bu növ tətillər İspaniya ilə yanaşı Belçika, Hollandiya, Portuqaliya, İtaliya və Almaniyada da aparılır.

Şirkətdən ilkin olaraq 150 uçuşun ləğv ediləcəyi planlaşdırılıb. Lakin sonradan Almaniyadan pilotların da tətillərə qatılması planları alt-üst edib.

 

Tətil edənlər şirkətdən hər yerdə İrlandiya qanunlarının tətbiqini dayandırmağı və hər ölkə uyğun qanunların tətbiq edilməsini tələb edirlər. Şirkət isə bu tələbləri 2019-cu ildə reallaşdırmağa hazır olduğunu bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar