Modern.az

Qəbiristanlıqlarla bağlı yeniliklər olacaq

Qəbiristanlıqlarla bağlı yeniliklər olacaq

1 Oktyabr 2018, 18:00

“İqtisadiyyat Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəbiristanlıqların standatları ilə bağlı sənəd hazırlayıb və həmin sənədi müvafiq qurumlara təqdim etmişik”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, hazırda sənədin üzərində işlər gedir.

 

“Düşünürük ki , yaxın günlərdə bununla bağlı qərar qəbul ediləcək. Orada qəbiristanlıqların salınması, bunun üçün hansı şərtlərin olması, eyni zamanda qəbir daşlarının standartları, habelə torpağın pulsuz olaraq vətəndaşlara verilməsi və digər məsələlər öz əksini tapacaq. Xüsusilə qeyd edim edim ki, yeni hazırlanmış sənədə əsasən, qəbir daşları standart olacaq. Sinə daşları və digər ölçülər müəyyənləşdirilib, konkret ölçülər göstərilib.

 

Bundan başqa torpağın vətəndaşlara pulsuz verilməsi nəzərdə tutulub. Bunların hamısı yeni salınacaq qəbiristanlıqlarda nəzərə alınacaq. Eyni zamanda qəbiristanlıqların fəaliyyətinə nəzarətin, onların idarəçiliyi ilə bağlı məsələlər öz həllini tapıb. Qəbiristanlıqlar yalnız sıralama qaydasında olacaq, kiminsə əlavə torpaq götürməsinə icazə verilməyəcək. Yalnız ər-arvada özlərinin müraciəti olduğu təqdirdə istisna hal kimi yerin saxlanılması nəzərdə tutulub. Digər hallarda əlavə hərhansı bir torpaq ayrılması nəzərdə tutulmayıb”.

 

Gündüz İsmayılov deyib ki, qəbiristanlıqların hansı qurum tərəfindən idarə olunması, hansı qurumun nəzarət etməsi ilə bağlı müzakirələr gedir.

“Təkliflərdən biri ondan ibarətdir ki, qəbiristanlıqların salınması, idarə olunması, nəzarət olunması bələdiyyələrə tapşırılsın. Qaydalar qəbul edildikdən sonra bunun pozulmasına görə cəzaların müəyyənləşdirilməsi sonrakı prosesdir”.

 

 “Bizim hazırladığımız layihə dəfn işi, qəbiristanlıqların salınması ilə bağlıdır. Dəfnlə bağlı bütün məsələlər həmin layihədə öz əksini tapıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü