Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşların evlərini tərk etmələrilə bağlı xəbərdalıq müvəqqəti xarakter daşıyır.
Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumatda bunun üçün sakinlərə kompensasiya ödənilməsinin nəzərdə tutulmadığı qeyd edilib.
2018-ci il oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.
Hazırda ərazidə araşdırmalar aparılır.