Modern.az

Türkiyədə fahişələrə qarşı ƏMƏLİYYAT: saxlanılanlardan biri azərbaycanlıdır

Türkiyədə fahişələrə qarşı ƏMƏLİYYAT: saxlanılanlardan biri azərbaycanlıdır

Aktual

13 Oktyabr 2018, 12:31

Türkiyə polisi Sultanhisar adlanan ərazidə, Atça məhəlləsində fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirib. Bir il davam edən izləmələrdən sonra həyata keçirilən əməliyyat nəticəsində Türkiyə vətəndaşı Yetər Pınara məxsus evdə fahişəlik edən 2 qadın və 1 kişi saxlanılıb.

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, saxlanılan qadınlardan biri azərbaycanlıdır.

Azərbaycan vətəndaşının öz ölkəsinə yola salındığı bildirilir. Polis hazırda faktla bağlı araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir