Modern.az

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Dünya

16 Oktyabr 2018, 14:03

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) qalmaqallı səs yazısının qeydini aparanların kimliyini müəyyən edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda həmin şəxslərin hansı vasitələrlə bu telefon danışıqlarının qeydini apardıqları araşdırılır.

 

"Biz bu səs qeydini aparan şəxslərin kimliyini müəyyən etmişik. Hazırda onların səs yazısını hansı yollarla qeydə aldıqları araşdırılır" – MTX rəisi Artur Vanetsyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan MTX rəisi və Xüsusi İstintaq Xidməti rəislərinin ikinci prezident Robert Koçaryanın həbsinin tapşırılması ilə bağlı telefon danışıqlarının səs yazısı KİV-ə sızıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir