Türk Hava Yollarının rəhbəri Bilal Ekşi İstanbulun Yeni Hava limanından Azərbaycanın paytaxtı Bakıya gedəcək reyslərə bilet satışnı başlatdıqlarını söyləyib. Modern.az xəbər verir ki, Ekşi “Tvitter”də 29 oktyabrda açılacaq olan yeni hava limanından başlanan tarifli uçuşlarla bilet satışları ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir ki, Bakıya İstanbuldan uçuşlar internet vasitəsi ilə alıcılara təqdim edilib.
"Yeni Hava Limanından iki qardaş ölkəyə (Azərbaycan və Şimali Kipr Türk Respublikası) salam deyərək səfər edirik, 3 dekabra qədər sərfəli qiymətlərlə yeni hava limanından uçun!",– deyə Bilal Ekşi çağırış edib.