Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin".
Abel Məhərromov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.