Modern.az

İşıqpulu borcu olan abonentlərə 3 gün vaxt verildi - XƏBƏRDARLIQ

İşıqpulu borcu olan abonentlərə 3 gün vaxt verildi - XƏBƏRDARLIQ

Aktual

23 Noyabr 2018, 14:27

"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 27 noyabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

      
Modern.az-ın məlumatına görə, “Azərişıq” ASC  bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin  borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

      
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir