Modern.az

Salyanda qəzada 1 nəfər öldü

Salyanda qəzada 1 nəfər öldü

16 Dekabr 2018, 09:25

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir