ABŞ prezidenti Cared Kuşner tam məxfi dövlət sirlərinə çıxış əldə edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu imtiyazı ona Ağ Evin təhlükəsizlik xidmətinin rəhbəri Kara Klayn təqdim edib.
Buna qədər xidmətin 2 əməkdaşı Kuşnerə tam məxfi məlumatlara çıxışı verməkdən imtina etmişdi.
Xatırladaq ki, bundan əvvəl, Mərkəzi Kəşfiyyat İdarəsi prezidentin kürəkəninə tam məxfi məlumatlar barədə informasiya verməkdən imtina etmişdi.