Modern.az

Şəmkirdə  istixana yandı

Şəmkirdə  istixana yandı

Aktual

14 Fevral 2019, 23:35

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub. Modern.az "Report"a istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib.

 

İlkin məlumatlara görə, içərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan "QAZel" markalı yük maşını isə qismən yanıb.

 

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?